Bölgədə haqqı "yeyilən"lər - Onların təqsiri nədir?

20 May 2023 17:00 I Divizion 669
Bölgədə haqqı "yeyilən"lər - Onların təqsiri nədir?

Təxminən 1 ay əvvəl böyük futbol İmişliyə qayıtdı.

Belə ki, uzun aradan sonra şəhərin komandası "İmişli" doğma məkana - İmişli şəhər stadionuna qayıtdı.

Qayıdış matçında "Qarabağ-2" ilə üz-üzə gəldiyi oyunda (0:1) arenaya 4300 azarkeş cəm oldu.

Növbəti ev oyununda "Kəpəz-2"ni qəbul edən bölgə klubunu 2500 tərəfdar yalnız buraxmadı. Amma onları güclü dəstəyi belə qələbə həsrətinə son qoymadı - 1:2.

Ümid Birinci divizionun hazırkı mövsüm son qarşılaşması olan "Zirə-2"yə qarşı oyun idi.

Əbəs deyil ki, bu dəfə əvvəlki iki oyundan da çox azarkeş tribunalara cəm olmuşdu - 4500 nəfər.

Sonuncu pillələrdə yer alan bir komandaya belə sadiqlik göstərən insanlar heç olmasa təsəlli qələbəsini haqq edirdilər.

Axı futbolun bəzəyi azarkeşlər olduğu kimi, dadı-duzu da qazanılan qələbələr olur.

Sevinmək onların da haqqıdır

Nəzərə alaq ki, hər üç matçda da rəqiblər "İmişli"nin "diş"inə görə idi.

Ancaq "İmişli"li futbolçular həmin qələbəni qazanmaq cəsarətini özlərində tapa bilmədilər.

Deyəsən, bu cür mənəvi məsəlləri tam anlamaqda çətinlik çəkirlər.

Hər halda 3 ev oyunundan heç birində fanatlara haqq etdiyi qələbəni bəxş etməməyin başqa izahı yoxdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti