"Şüvəlan"da son durum - LENT

31 İyul 2017 20:24 I Divizion 1 411
"Şüvəlan"da son durum - LENT

Divizionda yeni mövsümə hazırlığı davam etdirən "Şüvəlan" daha bir yoxlama oyunu keçirməyə hazırlaşır. Sportinfo.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı Şüvəlan təmsilçisi bu dəfə Azərbaycanın U-19 milli komandası ilə qarşılaşacaq. Matç avqustun 1-də "Dalğa Arena"da keçiriləcək və saat 18:00-da başlayacaq.

"Şüvəlan" hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirib. Qəsəbə təmsilçisi "Qaradağ Lökbatan"ı 3:1, "Zirə"nin əvəzedici heyətini 5:0, "Sumqayıt"ın əvəzedicilərini 2:0 hesabı ilə məğlub edib, "Neftçi"yə 0:2, "Zirə"yə isə 0:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM