"İş elə qurulmuşdu, "Zaqatala" PremYer Liqada oynasın"

31 İyul 2017 19:36 I Divizion 993
"İş elə qurulmuşdu, "Zaqatala" PremYer Liqada oynasın"

Bir neçə ay öncə "Zaqatala"nın baş məşqçisi Şaban Şirdanov istefa vermişdi. Klubun Müşahidə Şurasının sədri Musa Qurbanov isə onun göndərilməsinin səbəbini qarşıya qoyulan hədəfə çatmamaları və zəif nəticələrlə izah etmişdi.

Amma yaxın günlərdə Şaban bəy yenidən kluba, baş məşqçi vəzifəsinə qaytarılıb. Sportinfo.az xəbər verir ki,mütəxəssis artıq komandanı toplamağa başlayıb. Bəs Şaban bəyin qaytarılmasına zərurət necə yarandı? Qaytarılacaqdısa niyə klubdan göndərilirdi? Bu suallara cavab tapmaq üçün Musa bəylə danışdıq (sport7.az).

"İndi daha nəticə istəmirik (gülür). Hazırda əsas məqsədimiz uşaq futbolunun inkişafı, zaqatalalı futbolçulardan ibarət komanda qurmaqdı. Mənim fikrimcə bu işi Zaqatalada Şaban Şirdanovdan yaxşı görə biləcək insan yoxdu. Çünki o zaqatalalı futbolçuların yetişdirilməsində böyük əmək sərf edib. Pullu, pulsuz dönəmlərdə o futboldan əl çəkməyib. Uşaqlarla məşqul olub. Böyük futbol olanda böyüklərlə, əks halda uşaqlarla çalışıb.

Yəni 40 ildi bu adam futbolun içindədi. Ona görə də qərarımız bu oldu ki, Şirdanov Zaqatalada uşaq futboluna nəzarəti öz üzərinə götürsün. Əsas komanda üçün futbolçu yetişdirsin. Buna zərurət hardan doğdu? Premyer-liqaya çıxmaq üçün indiki vəziyyətdə sponsor tapmağımız çox çətindi. Demək olar mümkün deyil. Klubu götürəndə də qarşımıza premyer-liqa məqsədi qoyumuşduq. Ancaq AFFA da pulu artıra bilmədi. Sözün düzü əvəldən iş elə qurulmuşdu ki, "Zaqatala" yeni mövsümdən elitada oynasın. Amma lazımi vəsaitin tapılmaması bu nəticəyə gətirib çıxardı.

Yeni mövsümdən baş məşqçinin qarşısına ən azı "altılığ"a düşə biləcək komanda qurmaq tapşırığı verilib. Əsas diqqət uşaq futbolunun inkişafına yönəlməlidi. Uşaqların futbola cəlb edilməlidi. Hazırda 5 uşaq komandası var. Burda söhbət komanda sayından deyil, kütləvilikdən gedir.

Keçən il hər komandada 15 uşaq vardısa bu ildən onların sayını artırmağa çalışırıq. Ayın 1-dən isə seçimlərə başlayacağıq. Yaş limiti ilə əlaqədar olaraq əsas komandaya kənardan bir neçə nəfər dəvət edə bilərik. Amma maksimum çalışacağıq ki, komanda sırf zaqatalalı futbolçulardan qurulsun".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti