Maliyyə vəziyyəti nisbətən yaxşılaşan "Şahdağ" sabahdan etibarət yeni mövsümün hazırlığına start verəcək. Komandanın ötənmövsümü heyətindən cəmi12 nəfər qalıb. Baş məşqçi Kamran Əlibabayev yenə üstünlüyü qusarlı gənclərə verəcək.
Bu məqsədlə rayonun kənd və qəsəbələri arasında çempionat təşkil olunub. Qusar birinciliyində fərqlənən futbolçular "Şahdağ"a götürüləcək. Komandaya Rusiyadan 2-3 legionerin də cəlb olunması gözlənilir (Sportinfo.az).

