Azərbaycanın cənubunda yeni futbol klubu yaradıldı - FOTOLAR

23 İyul 2017 11:15 I Divizion 1 757
Azərbaycanın cənubunda yeni futbol klubu yaradıldı - FOTOLAR

Ölkə futbol klubları sırasına daha bir yenisi əlavə olunub. Sportinfo.az xəbər verir ki, "Masallı" I Divizionda mübarizə aparmaq niyyətindədi. Klubun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimovun verdiyi məlumata görə, Masallı rayonunda yaradılan eyniadlı komanda bundan sonra cənubu təmsil edəcək.

Bugünə kimi klub həvəskarlardan ibarət ölkə kubokunda oynayaraq 1/4 finala kimi yüksəlib. Bundan sonra isə komanda diviziona qoşulmaq niyyətindədi. Komandanın oyunçuları sırasında "Xəzər-Lənkəran"ın keçmiş oyunçuları da var.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM