"Əgər Kamran qalıb işləyirsə, klubun maliyyə vəziyyəti normaldı"

18 İyul 2017 17:24 I Divizion 1 005
"Əgər Kamran qalıb işləyirsə, klubun maliyyə vəziyyəti normaldı"

"Builki vəziyyətimiz yaxşı olacaq. Keçən çempionatda çox problem yaşadıq, indi isə işlərimiz düzəlib" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şahdağ"ın prezidenti Ərəstun Niftiyev deyib.

Qusar klubunun birinci adamı bildirib ki, I Divizionun növbəti mövsümündə məqsədləri medallar uğrunda mübarizə aparmaqdı: "Sponsorlardan bir narahatlığımız yoxdu. "Şahdağ"a əvvəlkindən də yaxşı baxacaqlar.

Onlarla görüşüb danışmışıq. Əgər Kamran Əlibabayev qalıb işləyirsə, demək ki, klubun maliyyə vəziyyəti normaldı. Ötən mövsümdən komandada 12 nəfər saxlamışıq. Kim burdadısa, onların köhnə borclarını yavaş-yavaş ödəyirik. Aprelin maaşları qalmışdı, onu da verdik.

Xarici firmaların biriylə danışıb, yeni formalar sifariş vermişik. Baş məşqçimiz Kamrandısa, "Şahdağ" iddiasız ola bilməz. İyulun 25-dən yığışırıq. PFL-in prezidenti Ramin Musayev divizionun sentyabrın 10-15-i aralığında start götürəcəyini deyib. Hazırlıq üçün 50-55 gün vaxtımız var, fikirləşmirik ki, məşqlərə gec başlayırıq.

Kamran komandaya yeni futbolçular çağırıb. Onlar "Şahdağ"ı gücləndirməlidi. Medallar uğrunda mübarizə aparmaq istəyirik. Əlbəttə, Kamran düz deyib ki, artıq bəsdi Qusar divizionda oynayır. Ancaq Premyer Liqaya çıxıb-çıxmayacağımızı hələ bilmək olmaz. Bu gün əsas odu ki, "Şahdağ"un sponsoru var və maliyyə vəziyyəti qaydasına düşüb".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti