"Aqrarkredit" daha bir stadionda təhvil-təslimə başladı

17 İyul 2017 20:36 I Divizion 1 394
"Aqrarkredit" daha bir stadionda təhvil-təslimə başladı

"İnter"i 12 ildi məskunlaşdığı "İnter Arena"dan çıxaran "Aqrarkredit" Zaqatala Olimpiya Kompleksinə də "əl qoyub". Sportinfo.az-ın məlumatına görə, bank olmayan kredit şirkətinin nümayəndələri hazırda burda təhvil-təslimlə məşğuldu.

Sözügedən kompleks Azərbaycan Beynəlxalq Bankının (ABB) balansındadı. ABB-nın problemli kreditləri ilə məşğul olmaq "Aqrarkredit"ə tapşırıldığından, nəzarət onlara keçib.

Amma bu o demək deyil ki, "Zaqatala" doğma yurd-yuvasından didərgin düşəcək. Gənclər və İdman Nazirliyi stadionun onların balansına verilməsi məqsədilə "Aqrarkredit"ə müraciət edib. Danışıqlar prosesinin müsbət nəticələnməsi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM