“Xan Lənkəran”ın adamı nazirlə görüşdü – Klub Diviziona buraxılacaq?

4 İyul 2022 15:00 I Divizion 2 174
“Xan Lənkəran”ın adamı nazirlə görüşdü – Klub Diviziona buraxılacaq?

Gənclər və idman naziri Fərid Qayıbov “Xan Lənkəran”ın vitse-prezidenti Rəhman Abasovu qəbul edib.

Görüşdə klubla bağlı fikir mübadiləsi aparılıb.

R.Abasov ötən ilin yayında yaradılan “Xan Lənkəran”ın fəaliyyəti və məqsədləri haqda nazirə məlumat verib.

O, ilk mövsümündə Region Liqasının finalına vəsiqə qazanan komandanı növbəti “futbol ili”ndə I Divizion iştirakçıları arasında görmək istədiklərini bildirib.

Vitse-prezident qeyd edib ki, “Xan Lənkaran” AFFA-nın bütün tələb və şərtlərini yerinə yetirmək gücündədir, sadəcə, çempionatdan kənarda saxlanılıb.

O, “Xan Lənkəran”ın “Qobustan”ın varisi kimi aşağı dəstədə mübarizə apara biləcəyini söyləyib. Görüşün sonuna Fərid Qayıbova klubun 10 nömrəli forması hədiyyə olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!