Məmmədov Bakıda klub yaratdı: "6 legioner gətirəcəyik"

15 İyul 2017 18:12 I Divizion 2 081
Məmmədov Bakıda klub yaratdı: "6 legioner gətirəcəyik"

2017/2018 mövsümündə I Divizionda mübarizə aparacaq “Göyçə” bağlı bəzi məsələlərə aydınlıq gəlib. Sportinfo.az xəbər verir ki, bununla bağlı “report”a klubun prezidenti Mübariz Məmmədov açıqlama verib.

O bildirib ki, “Göyçə” 2004/2005 mövsümündə I Divizionda çıxış etmiş eyniadlı komandanın (20 xalla 4-cü yeri tutub) varisidi. M.Məmmədov klubun paytaxtı təmsil edəcəyini və “Bakı”nın təlim-məşq bazasında məskunlaşacağını bildirib.

Klubun prezidenti baş məşqçinin adını da açıqlayıb. Bu, vaxtilə Azərbaycan Premyer Liqasında mübarizə aparmış “Muğan” və “Rəvan” komandalarının sabiq baş məşqçisi Bəhmən Həsənovdu.

M.Məmmədov məşqlərə iyulun 20-dən başlayacaqlarını söyləyib: "Heyətimizə “Bakı”nın bəzi futbolçularını götürəcəyik. Həmçinin, ölkə xaricindən də 6 futbolçu gətirəcəyik. Həmin oyunçular əsasən İtaliyadandr”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM