I Divizionda mübarizə aparacaq daha bir yeni komanda məlum oldu

14 İyul 2017 00:53 I Divizion 3 002
I Divizionda mübarizə aparacaq daha bir yeni komanda məlum oldu

I Divizionda çıxış etmək üçün daha bir komanda müraciət edib. Sportinfo.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlama verib. Onun sözlərinə görə, həmin komandanın adı "Göyçay"dı.

Daha öncə "Binə"nin də eyni istəklə PFL-ə baş vurduğunu xatırladan R.Musayev artıq I Divizionda iştirakçı sayının 12-yə yüksəldiyini bildirib. O, qarşıdakı mövsümdə aşağı liqanın daha maraqlı keçəcəyini əlavə edib.

Premyer Liqanın püşkatma mərasimi isə avqustun 1-də və ya 2-də olacaq. R.Musayev tədbirin gecikməsini hazırda 4 klubun avrokuboklarda mübarizəni davam etdirməsi ilə əlaqələndirib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM