"Pulu basıb yeyənləri hamı tanıyır, mənə isə şər atırlar"

6 İyul 2017 18:12 I Divizion 1 099
"Pulu basıb yeyənləri hamı tanıyır, mənə isə şər atırlar"

"Şəmkir"in sabiq icraçı direktoru İlqar Nəbiyevlə bağlı bu gün mətbuatda yeni məlumat yayılıb. İddiaya görə, o, dələduzluq fəaliyyəti məşğul olub. Bildirioir ki, Nəbiyev menecer kimi fəaliyyət göstərdiyi zaman bir sıra yerli futbolçuların pulunu mənimsəyib.

Belə ki, Rusiya, Qırğızıstan, Türkiyə kimi ölkələrə futbolçuları aparmağa söz verərərk, onların pullarını mənimsəyib. İ.Nəbiyev Sportinfo.az-ın redaksiyası ilə əlaqə saxlayaraq, haqqında səslənən iddiaların doğru olmadığını bildirib:

"Mən 2 ilə yaxın olar ki, "Şəmkir"dən getmişəm. Ordan başımı götürüb qaçmışam. Bu klubda çalışdığım müddətdə futbola nifrət elədim. Elə gülməli hadisələr baş verdi ki, heç deyiləsi deyil. Ovaxtkı prezident Fərid müəllim azı 40 dəfə zəng vurdu ki, qayıt gəl. Çox təkid elədi, amma mən artıq dözə bilmirdim, ora qayıdıb işləməyim mümkün deyildi.

Çıxıb getdim Türkiyəyə, dostlarımın yanına. Dedim, bir az istirahət edim, başım açılsın. "Şəmkir"i o günə qoyanlar da, pulu basıb yeyənlər də bilinir. Rus və iranlı futbolçulardan pul alıb komandaya götürənləri bütün Şəmkir tanıyır. Nədənsə heç kim bundan yazmır. Sağ olsun federasiyada çalışan insanlar, həmin futbolçularını alıb geri qaytardılar. Ortada səs yazısı, başqa faktlar varıydı.

Bir neçə gündü "Karvan" yenidən yaranıb, mən də burda Kənan Kərimova kömək edirəm. Şhaqqımda yayılan xəbərlər buna görədi. Bir müddət Ukraynada, Rusiyada oldum, qohumlarımgildə. Bizneslə məşğul olmaq istədim, müəyyən problem yarandı, qayıtdım gəldim. Düz 1 ildi Yevlaxdan kənara çıxmıram. Bura balaca yerdi, kimdən soruşsaz ki, futbolçu İlqarın evi hardadı, göstərəcək.

Məni axtaran mütləq tapar. Hansı futbolçu məni tapa bilmirsə, desinlər, özüm onunla əlaqə saxlayım. Heç kimə heç nə söz verməmişəm. Bir nəfərdən pul almamışam. Belə şər-böhtan atmazlar adama. Eləsəm, deyərəm, eləmişəm. Eləmədiyim bir işi mənim adıma çıxırlar.

Sübut eləsinlər ki, mən kimdənsə pul istəmişəm, yaxud almışam. Onda qoy, nə deyirlər desinlər mənə! Mən "Şəmkir"də vicdanla çalışmışam, hamıya kömək eləmişəm Belə bir iş tutmuşdumsa, niyə bu 2 ildə heç kim heç nə danışmadı? Bu iyrənc söz-söhbətlərə görə futboldan birdəfəlik getmək istəyirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti