"Klubun rəhbərliyindən gedirdim, xahiş etdilər, qaldım"

5 İyul 2017 17:12 I Divizion 1 125
"Klubun rəhbərliyindən gedirdim, xahiş etdilər, qaldım"

"Həqiqətən də getmək istəyirdim. Çempion olduq, Premyer Liqaya buraxılmadıq. Bu qərar məni çox ruhdan salmışdı" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

Ötən mövsüm I Divizionda birinci yeri tutan qərb klubunun rəhbəri artıq fikrindən daşındığını bildirib: "Klubun işçiləri, azarkeşlər qalmağımı xahiş etdilər. AFFA-nın özündən də dedilər ki, qalmağın məsləhətdi. Yaxın günlərdə Tovuza gedəcəm.

Rayonda rəhbər şəxslərlə, iş adamlarıyla, azarkeşlərlə geniş görüşüm olmalıdı. Mən orda sözümü açıq deyəcəm. AFFA "Turan"a illik olaraq 250 min manat pul ayırır. Bu pulla Premyer Liqada oynaya bilmərik. Həmin məbləğ birinci divizionda oynamağa ancaq çatmır.

Komanda çempion olanda, Tovuzun bərkgedən iş adamları söz vermişdi ki, kluba pul ayıracağıq, Premyer Liqada çıxış edərsiz. Faktiki olaraq heç nə görmədik, ona görə də bu gün Premyer Liqada yoxuq. İstəyirəm ki, hesab açaq, Tovuzun imkanlı şəxsləri da istədiyi məbləği ora köçürsün.

Bu gün Azərbaycanın öz reallığı var, sponsor tapmaq çox çətin məsələdi. "Turan"ın hesabına indidən pul yığmalıdı ki, 6 ay sonra, 1 il sonra çətinliklə üzləşməyək, AFFA-ya deyək ki, baxın, hesabımızda filan qədər vəsait var. Bu işi tez görməliyik ki, lisenziya ala bilək.

Mən əvvəlcə bu məsələni yerli adamlarla danışmalıyam, yoxsa boş yerə öz cibimdən pul verim, ordan-burdan pul tapım, sonra da klubu Premyer Liqaya buraxmasınlar? Yığsınlar o pulu, mən də yaxşı komanda yığım, hazırlayım, yenə də çempion olum. Mən bunu edə bilərəm.

Kömək olmasa, gələn mövsüm çempionluq uğrunda mübarizə aparmayacağıq. Üstünlüyü uşaq futboluna verəcəyik. Tovuzda olan potensial heç yerdə yoxdu. Bu rayonda futbolu dəhşətli dərəcədə sevirlər. Tovuzda daşı atırsan, gedib futbolçuya dəyir. Uşaq dünyaya futbolçu kimi gəlir burda. Gözəl akademiya qurmaq olur.

Bir neçə il uşaq yetişdir, sonra hansı qiymətə istəyirsən, sat. Azəröaycanda neçə klub varsa, hamısı tovuzlu uşaqlar oynayır. Mən bu rayonun camaatına çox inanıram. Qənirə Paşayeva kişi kimi qadındı. Tovuzun deputatı çox istəyirdi ki, "Turan" Premyer Liqaya çıxsın. Əlindən gələni etdi. Vaxtilə Tovuz klubunun prezidenti olmuş Vidadi Əhmədov da bizə kömək etməyə hazırdı. Baxmayaraq ki, əvvəlki imkanı yoxdu, maddi vəziyyəti o qədər də yaxşı deyil, yenə də "Turan"a dəstək vermək istəyir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti