“Şahdağ”ın yetirməsi “Dostluq üçün” qazandı - Piterdən FOTO

5 İyul 2017 15:24 I Divizion 670
“Şahdağ”ın yetirməsi “Dostluq üçün” qazandı - Piterdən FOTO

“Şahdağ”ın yetirməsi Rəvan Kazımov Sankt-Peterburqda “Dostluq üçün futbol” layihəsinin beşinci mövsümü çərçivəsində keçirilən turnirin qalibi olub.

Sportinfo.az xəbər verir ki, 12 yaşlı futbolçu Sinqapur, İspaniya, Boliviya, Bolqarıstan, Argentina, Çexiya və Liviyadan olan yeniyetmələrlə bir komandada oynayıb. Sloveniyadan olan məşqçi komandaya rəhbərlik edib. Komanda şərti olaraq “Narıncı” adını daşıyıb.

Final oyununda “Narıncı” “Bənövşəyi” komandasını 4:3 hesabı ilə məğlub edib. Bütün iştirakçılar Rusiyanın Futbol İttifaqı tərəfindən medal, diplom və xüsusi mükafata layiq görülüb. Oyunlar dostluq və bərabərlik şüarı altında keçirilib. Turnir öz bayrağı altında 64 ölkədən olan futbolçuları toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti