I Divizionda mübarizə aparacaq “Şüvəlan” 2017/18-ci il mövsümünün hazırlıqlarına start verib. Sportinfo.az xəbər verir ki, komanda bu gün klubun bazasında bir araya gəlib.
17:00-da başlayan məşq toplu çalışmalardan ibarət olub və təxminən saat yarım davam eləyib. İlk iki həftə seleksiya xarakterli məşqlər olacaq və komandanın baş məşqçisi Aqil Nəbiyev bəzi futbolçuları nəzərdən keçirəcək.

