"Karvan"ın baş məşqçisi: "Fikrimiz divizionda oynamaqdı"

2 İyul 2017 12:36 I Divizion 1 005
"Karvan"ın baş məşqçisi: "Fikrimiz divizionda oynamaqdı"

"Bu məlumat doğrudu. Növbəti çempionatda çıxış etməyi planlaşdırırıq" - bu sözləri Sportinfo.az-a açıqlamasında gənc mütəxəssis Kənan Kərimov deyib.

"Karvan" 3 illik fasilədən sonra fəaliyyətini bərpa edib. Yevlax təmsilçisi sabahdan etibarən bir araya gələcək. Kənan Kərimovun rəhbərliyi altında doğma məkanda yığışacaqlar.

Komanda əsasın yevlaxlı gənclərdən formalaşdırılacaq. UEFA Kubokunda mərhələ keçən ilk Azərbaycan klubu olan "Karvan"a bu dəfə İranda fəaliyyət göstərən azərbaycanlı iş adamları maliyyə dəstəyi verəcək.

Hələlik adı açıqlanmayan şirkət "Karvan"ın I Divizionda mübarizə aparmasına köməklik göstərməyə söz verib. Peşəkar Fubol Liqası artıq bundan xəbərdardı və onlara dəstək vəd olunub.

K.Kərimov: "Sponsor barədə heç nə deyə bilmərəm. Ad da çəkə bilmərəm. Çünki hələlik öz gücümüzə yığışırıq. Artıq forma və məşq üçün lazım olan digər inventarları almışıq.

Ümid edirik ki, rayonun İcra Hakimiyyəti də "Karvan"a əvvəllər olduğu kimi, yenə də dəstək verəcək. Stadiondan pulsuz istifadə edəcəyik.

Klubun keçmiş rəhbərliyi ilə danışmışam, sağ olsunlar, bizə lazımı şərait yaradıblar. İndi meydançaya müəyyən qədər əl gəzdirilir. Çoxdandı istifadə olunmur deyə, ot xeyli qalxıb, onu biçməyə başlayıblar. Fikrimiz divizionda oynamaqdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti