"Qumar"ın qarşısında aciz qalan Məmmədov milyarderin klubuna gedir

29 İyun 2017 20:36 I Divizion 1 483
"Qumar"ın qarşısında aciz qalan Məmmədov milyarderin klubuna gedir

Gələn mövsüm I Divizionda qüvvəsini sınamaq istəyən "Aznar" Aqil Məmmədovla danışıqlar aparır. Rusiyada yaşayan azərbaycandı milyarder Fərhad Əhmədovun sponsoru olduğu klub həvəskarlar liqasında mübarizəni dayandırıb.

A.Məmmədovu şağı dəstədə özünü göstərmək niyyətində olan Göyçay təmsilçisinə PFL-dən məsləhət görüblər. Belə ki, qurumun prezidenti Ramin Musayevlə görüşən mütəxəssis "Mil-Muğan"dən ayrılmaq fikrində olduğunu bildirib. O, İmişli klubunun direktoru Mirhəydər Səfiyevdən şikayətlənib, sözügedən şəxsin fəaliyyətinə ciddi problem yaratdığını söyləyib.

Bu səbəbdəndi ki, "Sumqayıt"ın sabiq baş məşqçisi "Mil-Muğan"ın adının tez-tez bukmeyker kontorlarıyla yanaşı hallanmasının qarşısını ala bilmir. Gənc müiəxəssis "qumar"a bulaşan bəzi futbolçuları qışda yola salsa da, görünür, bunun kökünü tam kəsməyi bacarmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti