"Azenko" şirkəti "Şahdağ"ın gələcəyi ilə bağlı qəti qərarı verə bilmir. Sportinfo.az-ın məlumatına görə, sözügedən şirkətin maliyyə imkanları son vaxtlar xeyli pisləşib və bu üzdən seçim qarşısında qalıb: ya I Divizion təmsilçisini AFFA-ya təhvil verməlidi, ya da əvvəlkindən də aşağı büdcəylə yoluna davam etməlidi.
Qeyri-müəyyənlik Kamran Əlibabayevi əldən salıb. Qusar futbolunun yaşamasında əziyyəti böyük olan mütəxəssis komandanın iyulun 20-dən sonra bir araya gətirmək məcburiyyətində qalıb. Bunadək isə o şirkət rəhbərliyinin qəbuluna düşməyə cəhd göstərəcək. Hələlik belə bir görüşə imkan tapmır.

