"Şüvəlan"ı yenidən qururuq"

27 İyun 2017 20:24 I Divizion 1 204
"Şüvəlan"ı yenidən qururuq"

Növbəti mövsümdən I Divizionda mübarizə aparacaq “Şüvəlan”ın məşqlərə başlayacağı tarix məlum olub. Sportinfo.az xəbər verir ki, komanda iyulun 3-də bir araya gələcək.

Şüvəlan klubu heyətə qatmaq istədiyi bəzi futbolçularla razılığa gəlib. Yaxın günlərdə həmin transferlər rəsmiləşəcək. Baş məşqçi Aqil Nəbiyev klubun rəsmi feysbuk səhifəsinə toplanış barədə məlumat verib:

“Demək olar ki, yenidən komanda qururuq. Ona görə bir az tez toplaşmağa qərar verdik ki, bəzi futbolçuları yoxlanışdan keçirək. Mövsümün startına qədər komandanı yaxşı hazırlamağa çalışacağıq. Bu müddətdə bir neçə yoxlama matçı keçirməyi də planlaşdırırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti