Azərbaycanda “Neftçi” və “Qarabağ”dan sonra üçüncü…

15 Dekabr 2021 02:30 I Divizion 1 432
Azərbaycanda “Neftçi” və “Qarabağ”dan sonra üçüncü…

“Kəpəz” Azərbaycan kubokunda 50-ci səfər oyununu keçirib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi 1/8 finalda “Sabah”ın qonağı olub. Bakı klubu qərblilərin yubileyində 3:0 hesabı ilə qalib gəlib.

“Kəpəz” 50 səfər matçında 24 qələbə qazanıb, 9 heç-heçə edib və 17 dəfə uduzub. 70 qol vuran gəncəlilər 59 top buraxıblar.

Yalnız “Neftçi” (74) və “Qarabağ” (67) kubokda daha çox səfər matçı keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM