İcra başçısı "Şəmkir"ə yeni sponsor tapıb, ancaq… İSTEFA VER!

27 İyun 2017 15:48 I Divizion 1 447
İcra başçısı "Şəmkir"ə yeni sponsor tapıb, ancaq… İSTEFA VER!

Şəmkirli futbolsevərlərə xoş müjdəmiz var - rayonun eyniadlı komandası fəaliyyətini dayandırmayacaq. Sportinfo.az-ın yerli rəsmi dairələrdən aldığı məlumata görə, klubun hazırkı vəziyyəti birbaşa Alimpaşa Məmmədovun nəzarətindədi.

Bu posta təyin olunduğu gündən şəmkirdə idmanın hərtərəfli inkişafına çalışan və çoxsaylı işlər görən icra başçısı "Şəmkir"in problemini böyük ölçüdə artıq həll edib.

Sadəcə, Elvin Səfərlinin üzə çıxması qalıb. Klub prezidenti nə vaxtdı bu tərəflərdə görünmür. Səsi gah Arandan, gah da Turandan gəlir.

Xeyli müddət Türkiyədə qalan gənc iş adamının borc içində üzməsini bilməyən yoxdu. Təkcə komandanın özünə 50 min manatdan çox borcu var.

A.Məmmədov "Şəmkir"ə yeni sponsor tapıb. Gəncə Beynəlxalq Xəstəxanasının himayədarlıqdan imtina etməsi klubun sonu demək deyil. Hər şey E.Səfərlinin prezident postundan istefa verməsinə bağlıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti