"Neftçi" Bakının məşhur ticarət mərkəzindən idarə olunacaq - İcarə müqaviləsi imzalandı

29 İyul 2024 13:00 Neftçi 4 773
"Neftçi" Bakının məşhur ticarət mərkəzindən idarə olunacaq - İcarə müqaviləsi imzalandı

«Neftçi»nin mənzil-qərargahını hara köçürəcəyi məlum olub.

«Ağ-qaralar»ın idarə aparatı paytaxtın mərkəzində yerləşən məşhur ticarət mərkəzlərindən birində fəaliyyət göstərəcək.

Artıq tərəflər arasında danışıqlar başa çatıb və icarə müqaviləsi imzalanıb, bir neçə otaq kirayələnib.

«Neftçi» 24 ilə yaxındır istifadə etdiyi baza ilə bugünlərdə vidalaşacaq. Nobel prospektində yerləşən bazadan köç yaxınlarda başlayacaq.

Bununla bağlı müvafiq göstəriş Müşahidə Şurasından (MŞ) gəlib.

Şuranın qərarına əsasən, klubun işçi personalı bundan sonra müvəqqəti olaraq başqa məkanda fəaliyyət göstərəcək. Yer seçimi yaxın vaxtlarda dəqiqləşəcək.

«Neftçi»nin əvvəlki planı Bakı Olimpiya Stadionunda (BOS) mənzillənmək idi. BOS rəhbərliyi ilə bu yöndə aparılan danışıqlar müsbət yekunlaşmış, icarə müqaviləsinin şərtləri razılaşdırılmışdı.

Fəqət, COP-19-un Bakıda keçirilməsinə dair qərar vəziyyəti dəyişib. Çünki COP-19-un qərargahı olaraq BOS-dan istifadə ediləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var