COP29

“Geri çəkilməyəcəm, sona qədər gedəcəm” – AFFA-ya şikayət etdi, klubu hədələdi

9 May 20:00 I Divizion 2 739
“Geri çəkilməyəcəm, sona qədər gedəcəm” – AFFA-ya şikayət etdi, klubu hədələdi

Yanvarın 17-də AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin 1-ci liqa təmsilçisi "İrəvan"la bağlı qərarları ictimaiyyətə təqdim olundu.

AFFA-nın mətbuat xidmətinin yaydığı məlumatda aşağıdakı qərarlar qəbul edilmişdi:

“İrəvan” tərəfindən Əlizadə Asim Xosrov oğluna ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği 1 may 2024-cü il tarixinədək ödənilsin, o cümlədən hər ay ona ödənilməli olan xidmət haqqı məbləği tərəflər arasında mövcud olan müqavilənin sonunadək A.Əlizadəyə ödənilsin.

“İrəvan” tərəfindən Jidkov Aleksandr Vitalyeviçə ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği birdəfəlik qaydada A.Jidkova ödənilsin.

İrəvan” ilə Tağıyev Cavid Qabil oğlu arasında mövcud olan müqaviləyə xitam verilsin.

Komitəsinin nəzərdə tutduğu vaxt artıq başa çatsa da, şikayətçilərin heç birinə xidmət haqqı ödənilməyib.

Jidkov məsələ ilə bağlı FİFA-ya müraciət etdiyini mətbuata açıqlamasında bildirib.

Bəs, Asim Əlizadə? O, nə etmək haqda düşünür? Növbəti şikayət instansiyası kimi haranı görür?

Səbəbkar məsələ ilə bağlı Sportinfo.az-a açıqlama verib:

“Bildiyiniz kimi, son tarix kimi 1 may nəzərdə tutulmuşdu. Lakin indiyə qədər heç bir vəsait ödənilməyib.

Yaxın 2-3 gün ərzində AFFA-ya növbəti dəfə müraciət edəcəyəm. Şikayətim bu dəfə də nəzərə alınmasa, növbəti mərhələdə məsləhətləşib, lazımi instansiyaya məktub ünvanlayacam.

Müqavilədə nəzərdə tutulan aylardan yalnız avqustun yarım ayının pulunu almışam. Söhbət 1 illik anlaşma müqaviləsindən gedir.

Geriyə çəkilmək fikrim yoxdur. Sona qədər gedəcəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti