Sponsor "Şəmkir"dən əlini çəkdi, prezident borcunu ödəmədi

17 İyun 2017 09:24 I Divizion 984
Sponsor "Şəmkir"dən əlini çəkdi, prezident borcunu ödəmədi

Son vaxtlar ciddi problem yaşayan, AFFA tərəfindən Premyer Liqa qapısı üzünə bağlanan "Şəmkir" qəm dəryasına batıb. Sportinfo.az-ın məlumatına görə, ötən yay qərb klubunu himayəsinə götürən Gəncə Beynəlxalq Xəstəxanası bundan imtina edib. Sponsorun qərarı artıq kollektiv üzvlərinin nəzərinə çatdırılıb.

Odu ki, komandanın I Divizionda çıxış etməsi, ümumiyyətlə isə fəaliyyət göstərib-göstərməməsi böyük sual altındadı. Elvin Səfərli? Klub prezidenti 1 aya yaxındı Azərbaycanı tərk edib. "Şəmkir"lilərin 2 aylıq maaş borcunu ödəyə bilməyən gənc iş adamının Türkiyəyə sığındığı bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti