Sponsor I Divizion klubunu bazadan çölə atdı, yeməyi kəsdi

16 İyun 2017 09:24 I Divizion 1 439
Sponsor I Divizion klubunu bazadan çölə atdı, yeməyi kəsdi

I Divizionda ötən mövsümü bürünc medalla başa vuran "Ağsu"da vəziyyət kritikləşib. Premyer Liqada mübarizə aparmaq istəməyən aran təmsilçisi sponsorunun gözlənilməz qərarının şokunu yaşayır.

Sportinfo.az-ın məlumatına görə, "AzQaranata" şirkəti klubun yeni mövsüm büdcəsini azaldıb. Rüfət Quliyev bu səbəbdən əksər futbolçuları ilə vidalaşıb.

Azmış kimi, komanda üzvləri baza-oteldən çıxarılıb. Bundan sonra burda yalnız sıravi işçilər qalacaq, kənardan gələnlər isə Ağsunun istənilən yerində ev kirayələyə bilər. İcarə haqqını da özləri verməlidi. Kollektiv indən beoə qidayla təmin olunmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti