"Gənclik" I Divizion üçün heyət yığır və Qəbələyə gedir

12 İyun 2017 14:00 I Divizion 2 266
"Gənclik" I Divizion üçün heyət yığır və Qəbələyə gedir

Yenicə fəaliyyətə başlayan "Gənclik" iyunun 19-da ilk dəfə bir araya gələcək. "Askona" şirkətinin sponsoru olduğu şirkət I Divizionun hazırlığına ertəsi gündən start verəcək.

Sportinfo.az-ın məlumatına görə, seleksiyaya paytaxtda start verəcək debütant artıq bir sıra adlarla anlaşıb. Röyal Nəcəfov, Elvin Həsənəliyev, Renat Sultanov, Bayram Kərimov və başqaları Müşviq Qənbərovun rəhbərliyi altında oynamağa razılaşıb.

Yeni mövsümün startınadək Türkiyəyə - Alanyaya yollanmağı qətiləşdirən "Gənclik" himayədarından daha bir jest görüb. Məşqçilər seleksiya prosesi başa çatan kimi komandanı Qəbələyə apara bilər. 10 günlük toplanışa.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti