Yenicə əsası qoyulan "Askona"FK adını dəyişib. Sportinfo.az-ın məlumatına görə, klub növbəti mövsüm "Gənclik" ismi ilə I Divizionda mübarizə aparacaq. Mərhələli inkişaf strategiyası seçən debütant əsasən gənclərə üstünlük verəcək. Müşviq Qənbərovu baş məşqçi postuna gətirən debütant ilk ilində medallar uğrunda mübarizə aparmayacaq.
Ev oyunlarını "İnter Arena"da keçirəcək "Gənclik"ın maliyyəsi SOCAR-ın bir "qol"undan - neft istehsalı və yanacaq təhcizatı üzrə ixtsaslaşan "Askona"dan gələcək. Şirkət rəhbərliyi ilə məsləhətləşəndən sonra pəşəkar klub formalaşdırmaq qərarına gəlib. "Gəncliy"in xeyir-duasını federasiyanın baş katibi Elxan Məmmədov verib.
Paytaxt təmsilçisi AFFA-dan asılı olmayacaq, müstəqil fəaliyyət göstərəcək. İllik büdcəsi 200 min manatdı. Hələ infrastukturun qurulmasından söhbət gedir. Bunun da öz vaxtı var. Əlbəttə, 1-2 ayın, yaxud 1-2 ilin içində bazalaşma prosesini tamamlamaq, beləliklə, AFFA-nın lisenziyalaşdırma meyarlarına cavab vermək şeyri-mümkündü. Ona görə də "Gənclik" zaman udmalıdı, işlərini tədricən nizamlamalıdı.
Komanda çempionata əsas hazırlığı Türkiyədə - Alanyada keçirəcək. Sözügedən şəhərin biznes dairələri ilə sıx ilişkiləri olan "Askona" rəhbərliyi orda 14 günlük təlim-məşq toplanışı təşkil etməyi qətiləşdirib. Qonşu ölkəyə səfərə hər cür tədarük görərək gedəcəklər. Artıq komanda üçün avtobus alınıb, xaricdən geyim dəstləri sifariş olunub.

