İlk dəfə I Divizionda çıxış edəcək klubda mühüm…

7 İyun 2017 11:00 I Divizion 3 057
İlk dəfə I Divizionda çıxış edəcək klubda mühüm…

Dünən xəbər etdiyimiz kimi, Azərbaycanda yeni futbol klubu yaradılıb. "Askona" adlanan komanda artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bakını təmsil edəcək kollektiv növbəti mövsümdən I Divizionda mübarizə aparmağı planlaşdırıb.

Artıq bu istiqamətdə müəyyən addımlar atılıb. "Askona" Peşəkar Futbol Liqasının tələb etdiyi 300 min manatlıq bank zəmanəti verməyə hazırdı. Ev oyunlarını "İnter Arena"nın ehtiyat meydançasında keçirəcəklər. Sponsor neft məhsulları və yanacaq təhcizatı üzrə ixtisaslaşan şirkətdi.

"Askona" baş məşqçi postunda Müşviq Qənbərovu görmək istəyir. Gənc mütəxəssis son olaraq AZAL-ın 19 yaşlılarını çalışdırıb və uğurlu nəticə göstərib. O, Sportinfo.az-a açıqlamasında sözügedən klubdan təklif aldığını etiraf edib: "Bu gün görüşümüz olmalıdı. İki gündü rayondayam, indi Bakıya gəlirəm. Klub haqda geniş informasiyam yoxdu. Bircə onu bilirəm ki, yeni yaranıb və müəyyən hədəfləri var.

Bugünkü görüşümüzdə rəhbər şəxsləri tanıyacam, klubun gələcək planları barədə ləətraflı məlumat toplayacam. Təklifi ortaq tanışlarımız edib. Hələ qərar verməmişəm. Bir-iki başqa təklif də var, hər şey yaradılacaq şəraitdən asılıdı. Birinci divizion mənə yaxşı tanışdı. "Rəvan" və MOİK-də işləmişəm, indi də istəyirəm ki, daha iddialı komandanın baş məşqçisi olum. Çempionluq uğrunda mübarizə aparacaq komandanı qəbul etməyə hazıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti