"Şəmkir"ə 50000 manat borclu qalan prezident Türkiyəyə qaçıb?

6 İyun 2017 10:48 I Divizion 1 047
"Şəmkir"ə 50000 manat borclu qalan prezident Türkiyəyə qaçıb?

Premyer Liqa həsrəti bu il son bulmayan "Şəmkir"ə ölü sükut çöküb. Kimsə nə baş verəcəyini, klubu irəlidə nə gözlədiyini bilmir. Futbolçuların hərəsi bir yerə dağılıb. 4 yerli gəncdən başqa ağ-qırmızı rənglərə bağlılığı qalan yoxdu artıq.

Axı niyə olsun, Elvin Səfərli növbəti vədini də yerinə yetirməyib. Prezident mart və aprel aylarının maaş borcunu dünən ödəyəcəyinə söz versə də, kollektiv üzvlərinə məlum olub ki, o, Azərbaycanı tərk etməyib. "Şəmkir"lilərə 50 min manat borcu qalan Səfərlinin Türkiyəyə yollandığı bildirilir.

Bunu növbəti qaçış kimi qələmə verənlər az deyil. İddia olunur ki, gənc iş adamının yalnız komandaya deyil, həmçinin başqa sahələr üzrə xeyli borcu yığılıb qalıb. Və bu pulları geri qaytara bilmədiyi üçün qonşu ölkəyə çıxıb gedib (Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti