Azərbaycanda yeni klub yaradıldı – Sponsoru kimdi?

6 İyun 2017 09:24 I Divizion 1 727
Azərbaycanda yeni klub yaradıldı – Sponsoru kimdi?

Azərbaycanda yeni futbol klubu yaradılıb. Sportinfo.az-ın məlumatına görə "Askona" adlanan komanda artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Bakını təmsil edəcək kollektiv növbəti mövsümdən I Divizionda mübarizə aparmağı planlaşdırıb. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb.

"Askona" Peşəkar Futbol Liqasının tələb etdiyi 300 min manatlıq bank zəmanəti verməyə hazırdı. Baş məşqçi postunda Müşviq Qənbərovu görmək istəyən klub ev oyunlarını "İnter Arena"nın ehtiyat meydançasında keçirəcək.

Yəqin ki, hamını maraqlandıran sual yeni yaradılan komandanın arxasında kimin dayanmasıdı. Redaksiyamızda olan qısa informasiya budu ki, sponsor neft məhsulları və yanacaq təhcizatı üzrə ixtisaslaşan şirkətdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti