"Şahdağ": "Yaxşı komanda yığıb, normal pul verməsək, işləmək mənasızdı"

2 İyun 2017 19:48 I Divizion 977
"Şahdağ": "Yaxşı komanda yığıb, normal pul verməsək, işləmək mənasızdı"

"Klubumuz fəaliyyətini dayandırmayacaq. Bizə baxan şirkətin rəhbəri istirahətdən gəlib, gələn həftə onunla görüşməliyəm" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev deyib.

Qusar təmsilçisinin çalışdırıcısı qeyd edib ki, "Azenko"nun komandaya müəyyən qədər borcu qalıb və bu məbləğ hissə-hissə ödəniləcək: "Qışda uşaqlara demişdim ki, 3-4 ay dözün, sonra yaxşı olacaq. Həmin vaxt özümüzü çox sıxdıq, verilən pulla həm komandanı saxladıq, həm köhnə borcların bir hissəsini verdik. Guya nə böyük maaş veririk ki…

Mənə yuxarıdan deyiblər ki, daha belə olmayacaq. Gələn mövsümdən "Şahdağ"a yaxşı baxmalıdılar. Mən öz planımı tutmuşam artıq. Qusarda uşaq futbolu qalmayıb. Onu da dirçəltmək lazımdı. Üç-dörd yaş qrupu üzrə komandanı bərpa etməliyik. Birinci dəstə "Şahdağ"ın yeri deyil. Yaxşı komanda yığmasaq, uşaqlara normal pul verməsək, işləmək mənasızdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti