COP29

Klub prezidenti AFFA-ya 3 mühüm təklif verdi, "ləğv edilsin" dedi

15 May 10:40 I Divizion 5 455
Klub prezidenti AFFA-ya 3 mühüm təklif verdi, "ləğv edilsin" dedi

«AFFA-nın yeni rəhbərliyindən və İcraiyyə Komitəsindən gözləntilərimiz böyükdür».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz Saatlı»nın prezidenti Ədalət Abdullayev deyib.

Növbəti mövsümdən II Liqada mübarizə aparacaq aran klubunun rəhbəri bildirib ki, federasiyadan ədalətli, inkişafa və tərəqqiyə hesablanmış addımlar gözləyir:

«Bu şəxslərə inamımız çoxdur. Bəzi təkliflərim var ki, mən onları da çeşidləyərdim.

Birinci: Komanda sayının artırılması. İstər Premyer Liqa, istərsə də aşağı liqalarda ayrılan dotasiyanın imkan verdiyi qədər komanda sayını artırmaq labüddür.

Hətta daha radikal qərar verib, paytaxtda məskunlaşan (təbii ki, söhbət "Qarabağ", "Füzuli" və "Cəbrayıl"dan getmir) klublara ümumi nəzərdə tutulan məbləğin 50%-ni verməyi, qənaət olunmuş digər 50% hesabına bölgə komandalarının say çoxluğunu təmin etməyə üstünlük verilməsini təklif edərdim.

İkinci: Legioner limitinin ümumiyyətlə ləğvinin tərəfdarıyam. Belə də, liqalardakı oyun keyfiyyətini və baxımlılığı yüksəltmək, süni qiymət artımının qarşısını almaq və ən böyük problemi dolayısı ilə həll etmək olar.

Məncə, ən böyük problem futbolun Azərbaycanda datasının, yəni, azarkeş sayının həddindən artıq az olmasıdır.

Əgər futbolumuz ölkədə ən azı qardaş Türkiyədəki qədər sevilsə, onda valideynlər və klublar milli komanda üçün daha şövqlə futbolçu yetişdirəcəklər.

Üçüncü: Əvəzedicilər Liqasının ləğvini mən də dəstəkləyirəm. Motivasiyası olmayan çempionatdır. Klublar daha çox əvəzedicilərdən "cərimə batalyonu" kimi istifadə edirlər.

Onun əvəzində Gənclər Liqasını (U-19 Liqası) daha mötəbər çempionat kimi təşkil etmək və keçirmək olar. Lap elə PFL keçirsin. Birinci Liqa klublarının da 19 yaşa qədər komandaları da orada iştirak etsin.

Həm də klublar üçün yaxşı vitrin olsun. Əvəzedicilər Liqasında çıxış edənlər hesabına isə aşağı liqalarda keyfiyyət yüksəlsin».

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"