COP29

Bu qədər fürsəti qaçırandan sonra… Pley-offa qaldılar - VİDEO+FOTOREPORTAJ

16 May 11:40 I Divizion 1 774
Bu qədər fürsəti qaçırandan sonra… Pley-offa qaldılar - VİDEO+FOTOREPORTAJ

Azərbaycan I Liqasında XXVI tura start verilib.

"Difai" Şamaxıda MOİK-i qəbul edib.

Əgər nominal ev sahibləri bu matçda qalib gələn tərəf olsaydı, doqquzuncu pillədən yuxarı qalxmaq şansı artacaqdı. Onlar bunun üçün çox cəhd etdilər. Ələ düşən imkanlar da az deyildi.

Təqribən 5-6 real fürsət yaxaladılar. İki əsas hücumçusu - İlham Allahverdiyevlə Kristian Kamtanın yoxluğunda məsuliyyət əsasən Bayraməli Qurbanovla Tahir Zeynalovun üzərinə düşürdü. İkinci bir qol vurdu, birini də qaçırdı.

Qurbanov isə əlverişli fürsətlərin heç birini dəyərləndirə bilmədi. Qış fasiləsində «Araz-Naxçıvan»dan icarəyə götürülmüş gənc ayağına gələn topları qapının yan-yörəsinə vurmasaydı, artıq ilk hissədə oyunun müqəddəratı müəyyənləşmişdi.

Fasiləyədək MOİK-i çətin vəziyyətə salan «fədailər» ikinci yarıda hesabı qorumağa çalışdı, müdafiəyə çox çəkildi. Meydanın dərinliyindən qurulan əks-hücumlar zamanı uzun ötürmələrdən istifadə tez-tez təkrarlanırdı.

60-65-ci dəqiqəyə kimi bu, effektiv idi: qonaqların qapısına tez yetişə bilir, cinah keçidləri Zeynal Əhmədzadəni narahat edirdi. Ta «Difai» yoruluna kimi!

Bunu görən MOİK oyunu qurtarmağın yolunu təzyiqi artırmaqda gördü. Xüsusən standart vəziyyətlərdə daha təhlükəli olmağa başladılar.

Kənarlrdan edilən asmalar debütanta çox çətinlər yaşatdı. Elgiz Kərəmli sevinə bilər - onun Əlirza Müştəbəzadə kimi qapıçısı var.

«Neftçi»nin yetirməsi sözün həqiqi mənasında əjdaha oynadı, elə «ölü toplar»ı çıxartdı ki, gəl-görəsən! Amma 85-ci dəqiqədə müdafiəçilərin səhvini o da sığortalaya bilmədi.

Bayraməli Qurbanovun «Araz-Naxçıvan»da komanda yoldaşı olmuş Nihad Qurbanlı onun bacardığını etdi, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatdı.

Xallarını 46-ya yüksəldən MOİK turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 22 xalı olan "Difai" isə 9-cu yerdədir.

Artıq bu dəqiqdir ki, Ağsu təmsilçisi çempionatda qalmaq üçün II Liqanın gümüş medalçısı ilə pley-off mərhələsində mübarizə aparacaq.

SPORTİNFO.AZ

Şamaxı şəhər stadionu. 30 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Rəhman Aslanov
Dördüncü hakim: Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Emil Quluzadə, 45+2 (qeyri-idman hərəkəti); Kamil Hüseynov, 56 (qeyri-idman hərəkəti); Bayraməli Qurbanov, 61 (qeyri-idman hərəkəti); Tahir Zeynalov, 86 (oyunun bərpasının ləngidilməsi) // Elşən Veysov, 41 (qeyri-idman hərəkəti); Nicat Əskərov, 45+1 (qeyri-idman hərəkəti); İsa Zeynallı, 54 (qeyri-idman hərəkəti); Elmir Rəhimzadə, 90+2 (hakimin qərarına etiraz)
Qollar: Tahir Zeynalov, 34 // Nihad Qurbanlı, 85
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
99. Məqsum Qənbərli
19. Rəsul İbrahimov
(8. Ramin Süleymanov, 80)
6. Əzəmət Ələkbərli
14. Samir Əliyev
(71. Coşqun Əsədzadə, 84)
28. Rəhman Quliyev
(21. Benjamin Ebuka, 67)
10. Tahir Zeynalov
2. Seymur Rəhimov
16. Emil Quluzadə
9. Bayraməli Qurbanov

Ehtiyat oyunçular:

22. Maksimilian Şilder
17. Tural Lətifov
4. Fariz Nəcəfov
13. Nazim Bağırov
Baş məşqçi: Elgiz Kərəmli

MOİK

1. Zeynal Əhmədzadə
17. Sabir Allahquliyev (k)
3. Nicat Əskərov
4. Ülvi İbazadə
77. Elmir Rəhimzadə
8. Ramil Orucov
7. Elşən Veysov
5. Nazim Məmmədzadə
(6. İsa Zeynallı, 46)
10. Xəyal Bədirov
(27. Elşan Sabbaği, 64)
55. Nihad Qurbanlı
11. Elvin Valiiev

Ehtiyat oyunçular:

35. Elxan Əhmədov
12. Ayxan Qocayev
9. Cavidan Abbaszadə
33. Raul Musayev
66. Həsrət Mürsəlov
Baş məşqçi: Qəzənfər Abbasov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"