"Şahdağ"ı götürmək istəyən varsa, məndən qorxmasın, yaxın gəlsin" - KLUB PREZİDENTİ DEDİ

22 May 2017 15:00 I Divizion 939
"Şahdağ"ı götürmək istəyən varsa, məndən qorxmasın, yaxın gəlsin" - KLUB PREZİDENTİ DEDİ

"Hələ "Azenco" rəhbərliyi ilə görüşə bilməmişik. Klubumuzun gələcəyinə mayın 30-31-i aralığında aydınlıq gələcək. Bu gün nə desəm, boş-boş danışmaq olacaq" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şahdağ"ın prezidenti Ərəstun Niftiyev deyib.

I Divizionda mübarizə aparan Qusar təmsilçisinin rəhbəri sponsor şirkətin futboldan imtina edəcəyinə inanmadığını bildirib: "Bugünədək "Şahdağ"a baxıblarsa, bundan sonra da baxarlar. Klub niyə dağılmalıdı ki? Siz yaşaya bilirsiz, "Şahdağ" yox? Komandanın iyunun 15-dək istirahətə buraxmışıq. Ovaxtadək müəyyənləşdirəcəyik ki, klubumuzun vəziyyəti necə olacaq.

Qarşımıza hansı məqsədlər qoyulacaq, nə büdcə ayrılacaq - hamısını biləcəyik. Hələlik başqa sponsor axtarmırıq. Düzdü, ordan-burdan mənim qulağıma çatır ki, hansısa iş adamı, şirkət sahibi "Şahdağ"ı himayəsinə götürmək istəyib. Hələlik mənə yaxınlaşıb bu sözü deyən olmayıb. Varsa belə bir adam, məndən qorxmasın, yaxınlaşıb öz istəyini bildirsin. "Şahdağ" köklü klubdu. Qusarda futbolu inkişaf etdirmək üçün hər cür təbii şərait var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti