I Divizionda yeni mövsüm sentyabrda start götürəcək. Ötən sezona 14 komandayla başlayıb, "Şərurspor"la "Rəvan"ın kənarlaşdırılması ilə iştirakçıarının sayı 12-yə düşən çempionata marağın azalacağı gözləniləndi.
AFFA aşağı dəstə təmsilçilərini Premyer Liqaya buraxmır, lisenziyalaşoıma bəhanəsi ilə səhnədən kənarlaşdırır. Artıq neçə ildi belədi. İki il öncə "Araz Naxçıvan"a güzəştə getmişdilər, onu da muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbova görə. Bu yay isə "Səbail" istisna təşkil etdi. O da klubun AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevə məxsusluğuna görə.
Premyer Liqada yerini itirən AZAL "Şüvəlan" adıyla divizionda çıxış edəcək. Yeni yaranan klublar olacaqmı? Hələ heç nə dəqiqləşməyib. Bu ilin yanvarından fəaliyyətə başlayan "Ağdaş"ın birinci dəstəyə gələcəyi bildirilir.
Habelə "Binə"nin. Bakıətrafı qəsəbə təmsilçisini Xəzər rayonu İcra Hakimiyyəti dəstəkləyir. Bu 3 klubdan fərqli, "Energetik", "Göyəzən" və "Bakılı"nın yarış meydanından kənarlaşdırılması gündəmdədi. Adlarının danışılmış oyunlarda iştiraka bulaşmaları səbəbindən.
SPORTİNFO.AZ

