Nazirin yaxın adamı "Şəmkir"i himayəsinə götürməyə razılaşmadı

20 May 2017 16:36 I Divizion 1 274
Nazirin yaxın adamı "Şəmkir"i himayəsinə götürməyə razılaşmadı

"Şəmkir"in mövsümü uğursuz keçirməsi, Premyer Liqaya buraxılmaması, komanda ətrafında xoşagəlməz hadisələrin cərəyan etməsi yerli futbolsevərləri təngə gətirib. Üçqat ölkə çempionuna könül verən tərəfdarlar klub rəhbərliyinin dəyişməsini istəyir.

Onlar "Şəmkir"i yenidən himayəsinə götürməsini Fərid Hüseynovdan - "ShamkirChess 2017"nin Təşkilat Komitəsinin sədri və turnirin direktoru olmuş şəxsdən xahiş edib. Gəl ki, keçmiş prezident onun yerinə gəlmiş Elvin Səfərlinin yerinə gəlmək niyyətində olmadığını, ümumiyyətlə, futbola aid məsələlərdən tamamilə uzaqlaşdığını bildirib.

Sportinfo.az bildirir ki, F.Hüseynov vergilər naziri Fazil Məmmədova yaxın kadrlardan hesab olunur. O, dürüstlüyü və işinə məsuliyyəti ilə cənab nazirin hörmətini çoxdan qazanıb. İki il "Şəmkir"in prezidenti vəzifəsini tutan Hüseynov bu zonada böyük hörmət sahibidi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti