Sportinfo.az-a danışdığı üçün hakimlikdən ömürlük uzaqlaşdırıldı!

18 May 2017 18:48 I Divizion 1 416
Sportinfo.az-a danışdığı üçün hakimlikdən ömürlük uzaqlaşdırıldı!

AFFA Hakimlər Komitəsi daha bir hakimi bu sahədən ömürlük uzaqlaşdırıb. I Divizionun son turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Qaradağ Lökbatan" matçının nəticəsinə təsir edən (2:1) kobud səhvə yol verən Elşən Acalovun "qələmi qırılıb". Qonaqların məğlubiyyətinə səbəb olan yanlış penalti qərarıyla yadda qalan, bununla QL-nın bürünc medal almasına imkan verməyən yan xətt hakimi bir də əlinə bayraq almayacaq.

Bu, Acalovla bağlı ilk belə qalmaqal deyil. Sözügedən laynsman ilyarım öncə də ağır cəzaya məruz qalmışdı. Hakimlər Komitəsinin rüşvətxor sədri Xaqani Məmmədovu təhqir etməsinə görə. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev həmin olaya görə yaxın qohumunu sonradan bağışlamışdısa, bu dəfə etdiyi xətanı ona keçmədi.

Acalovun bayrağının əlindən alınmasına digər səbəb Tovuzdakı matçdan sonra Sportinfo.az-a verdiyi açıqlamada səhvini etiraf etməsi və "Qaradağ Lökbatan"dan üzr istəməsidi. Təyinat aldığı oyun barədə mətbuata danışmaq səlahiyyəti olmadığı halda, ağzını yumub gözünü açan yan xətt hakimi nə var, onu da demişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti