Azərbaycan klubunda baş məşqçi istefa ərizəsi yazdı - SON DƏQİQƏ

15 Sentyabr 2024 09:50 I Divizion 7 525
Azərbaycan klubunda baş məşqçi istefa ərizəsi yazdı - SON DƏQİQƏ

I Liqada çıxış edən “Difai”də baş məşqçi ayrılığı an məsələdir.

Ötən mövsümün lap əvvəlindən komandanı çalışdıran Elgiz Kərəmli istefa ərizəsi ilə rəhbərliyin qapısını döyüb.

Məsələyə ən qısa zamanda tam aydınlıq gəlməsi gözlənilir.

Keçən ildən etibarən birinci liqada yarışmağa başlayan “fədailər” debüt sezonunda 9-cu yeri tutub.

Qazilərin klubu cari “futbol ili”ndə də artıq ilk oyuna çıxıb. “Cəbrayıl”la Şamaxıda baş tutan qarşılaşma 0:1 hesabıyla yekunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"