
«Zirə» yeni sezona 3 xalla başladı.
Suraxanıda «Qarabağ»ın qonağı olan «qartallar» tarixində bir ilkə imza atdi.
Dmitrios Çantakiasın ikinci hissədə vurduğu yeganə qolla qələbə qazanan qəsəbə təmsilçisi «Qarabağ» sindromunu qırdı.
2015-ci ildən Premyer Liqada qüvvəsini sınayan və yalnız indi «köhlən atlılar»ı məğlubiyyətə uğratmağı bacaran zirəlilər rəhbərlik tərəfindən layiqli formada qiymətləndirilib.
Bu uğurda payı olanların hər biri 2500 manat məbləğində mükafatlandırılıb.
SPORTİNFO.AZ