
Azərbaycan Premyer Liqasında IV turun oyunları başa çatıb.
Sportinfo.az xəbər verir ki, ilk üç turda maksimum nəticə göstərən “Zirə” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ı qəbul edib.
Artıq 2-ci dəqiqədə hesab açılıb. Ukraynalı hücumçu Vladislav Kulaç meydan sahiblərini önə keçirib. 67-ci dəqiqədə isə qonaqlardan Amin Seydiyev qırmızı vərəqə alaraq meydandan qovulub.
Qarşılaşmada başqa qol olmayıb və "qartallar" ardıcıl 4-cü qələbə ilə liderliyini davam etdirir. Bir oyun az keçirən "Sabah" isə 4 xalla beşinci sıradadır.