Bakıdan gedən futbolçu sevgilisi ilə 3 gün aeroportda yatdı

31 İyul 15:46 Zirə 733
Bakıdan gedən futbolçu sevgilisi ilə 3 gün aeroportda yatdı

Sportinfo.az xəbər verir ki, 2019/2020 mövsümünün sonunda "Zirə"dən ayrılan perulu müdafiəçi Alvaro Ampuero "Depor" nəşrinin suallarını cavablandırıb.

- Azərbaycanda karantin rejimində necə yaşayırdınız?

- Azərbaycanda pandemiya ilə bağlı vəziyyət Peru iləmüqayisədə bir az yumşaq idi. Evdən çıxmamaq və insanların çox olduğu yerə getməmək tövsiyə olunurdu. Deyilənlərə əməl edirdim. Bir neçə gündür vətənimdəyəm və burada da eyni tələblərə riayət edirəm.

- Azərbaycanda qazadığınız təcrübə və yerli çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?

- Açığı, Azərbaycan ölkə olaraq məni xeyli təəccübləndirdi. Qısa zamanda hər şeyə uyğunlaşdım və rəqabət səviyyəsi yüksək olan liqa ilə qarşılaşdım. Çempionatda sürət yaxşıdır, iddialı komandalar var. Mövsümöncəsi hazırlıqda Avropa komandaları ilə oynadıq. Bu mənada mənim üçün müsbət il oldu.

- Qarşılaşdığınız ən qəribə hadisə nə oldu? Onlar həqiqətən oyunun fasiləsində namaz qılırlar?

- Bəli, ölkədə din çox nəzərə çarpır. Onlar İslam dininin adət-ənənələrinə ciddi əməl edirlər. Öz ibadət vaxtları olur və çoxlu namaz qılırlar. Əvvəlcə bunu görəndə təəccübləndim. Əgər əyləncə vaxtı namazla üst-üstə düşürsə, bunu elə oradaca edirlər.

- Ünsiyyət problemini necə həll etdiniz?

- Dilləri çox qəlizdir. Türkcə, bəziləri isə rusca danışır. İngiliscə ünsiyyət qurmağa çalışırdım. Amma lazımi futbol terminlərini öyrənmişdim.

- Gündəlik həyat tərziniz barədə də danışın...

- Əvvəlcə Bakıda taksi ilə gəzirdim. Çünki qiymətlər çox ucuzdur. Amma pandemiya ilə bağlı vəziyyət çətinləşəndən sonra ispan dilini bilən tərcüməçimiz mənə çox kömək etdi. Sonradan onu çox bezdirməməyə çalışırdım (gülür).

- Komandanızda Cənubi amerikalılar çox idi?

- Paraqvaylı var idi, hansı ki, indi də dostuq. Daha iki futbolçu isə ispan dilində danışırdı. Biri haitili, digəri rumıniyalı idi.

- "Zirə" ilə müqavilə şərtləriniz necə idi?

- İcarə əsasında çıxış edirdim. "Deportivo Minisipial" ilə müqaviləm də başa çatdı. Pandemiya səbəbindən çempionat yarımçıq dayandırıldı.

- Azərbaycan karyerası sizə nə verdi?

- Düşünürəm ki, müdafiəçi keyfiyyətlərimi daha da yaxşılaşdıra bilərdim. Çünki hələ oyunlarımız qalmışdı. Komandamız hərdən 5 müdafiəçi ilə oynayırdı. Belədə baş məşqçi məndən daha çox müdafiəyəmeylli oynamağımı xahiş edirdi. Mən də öyrənməli olurdum.

- Komanda yoldaşlarınız İtaliya A Seriyasında oynadığınızı bilirdi?

- Ora gedəndə baş məşqçi bu barədə komandaya məlumat vermişdi. Tez-tez məndən İtaliya və Cənubi Amerika futbolu haqqqında soruşurdular.

- Onlar Perunun Rusiyada keçirilən dünya çempionatına çıxması barədə soruşurdular?

- Bundan xəbərləri var idi. Yığma üzvlərinin yaxşı oynadıqlarını deyirdilər. Hətta Peru millisindən düşündüyümdən çox futbolçunu tanıyırlar. Bizim futbolla çox maraqlanırlar, hətta çempionatımız barədə danışırlar.

- Siyahıda Paolo Gerrero və Cefferson Farfanın adları var idi?

- Onlardan başqa, Advinkulanı da tanıyırlar.

- Azərbaycandan qayıdışınız necə alındı?

- Ora inanılmaz ölkədir. Təklif olsa, yenidən Azərbaycanda oynayaram. Qayıtmağa gəlincə, bir yol tapdım. Amma sevgilimlə birlikdə 3 gün Amsterdam aeroportunda qalmalı oldum.

Xəbər Lenti
4 Avqust 17:38 "Barselona" qiymət qoydu