Bakıda qalan legioner: “Həyat yoldaşım və qızımla birlikdə olmaq fürsətdir"

2 İyul 2020 12:02 Zirə 1 130
Bakıda qalan legioner: “Həyat yoldaşım və qızımla birlikdə olmaq fürsətdir"

"Daha aktiv həyat tərzinə alışmışıq, bütün günü məşq edirdik. İndi isə fərqlidir. Bütün günü evdə qalmağa məcbur oluruq. Bu, çox çətindir".

bu fikirləri "Zirə"nin futbolçusu George Anton "Publika" nəşrinə açıqlamasında deyib.

27 yaşlı yarımmüdafiəçi qızı və həyat yoldaşı ilə birlikdə vaxt keçirməyin yaxşı fürsət olduğunu bildirib. Anton boş vaxtlarında kitab oxuduğunu sözlərinə əlavə edib.

O, gün ərzində iki saat çölə çıxmaq hüquqlarının olduğunu söyləyib: "Bu iki saat ərzində dostlarla birlikdə tennis, futtennis oynayırıq. Hər zaman hərəkətdəyik. Həyat yoldaşım və qızımla birlikdə olmaq bir fürsətdir. Boş vaxtlarımda kitab oxuyuram"..

Antonun "Zirə" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Moldovalı oyunçu "Zirə"nin yaxşı komanda olduğunu vurğulayıb: "“Yaxşı komandamız var. Avropa Liqasına vəsiqə qazanan dördüncü yerin sahibi ilə eyni sayda xal toplasaq da, top fərqinə görə onlar avrokuboklara yollandılar”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"