"Zirə"dən göndərilməsi qərara alınan daha bir futbolçu

30 May 2020 21:40 Zirə 839
"Zirə"dən göndərilməsi qərara alınan daha bir futbolçu

Bu yay "Zirə"dən ayrılacaq daha bir legionerin kimliyinə aydınlıq gəlib.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə klubu monteneqrolu qapıçı Boyan Zaqoviçdən sonra onun həmyerlisi Miloş Bakraçın kontraktını uzatmamağı lazım bilib.

Ötən ilin iyulunda "OFK Titoqrad"la vidalaşan mərkəz müdafiəçisi "Zirə" ilə 1 illik müqavilə bağlayıb. Bakraç daha əvvəl “Syon” (İsveçrə), “Budunçost” (Monteneqro), “Travnik” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro) və “Jelejezniçar”ın (Bosniya və Herseqovina) formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti