“Zirə” çoşub-daşdı - FOTOLAR

27 Yanvar 2020 09:00 Zirə 711
“Zirə” çoşub-daşdı - FOTOLAR

Azərbaycan Premyer Liqasında 15-ci turun “Sabah”la ev oyununa hazırlaşan “Zirə” yoxlama matçı keçirib.

Sportinfo.az xəbər verir ki, Zaur Həşimovun çalışdırdığı komanda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb.

Zirə İdman Kompleksində baş tutan sınaq matçı kifayət qədər məhsuldar alınıb. Elita təmsilçisi rəqibinə 6:1 hesabıyla qalib gəlib.

Meydan sahiblərinə qələbə qazandıran qolları Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov, Adrian Skarlatake və dubla imza atan Xulio Sezar Rodriqes vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!