"Zirə" iki seçim qarşısında – Təhlükə qapını döyür

12 May 2020 21:20 Zirə 1 292
"Zirə" iki seçim qarşısında – Təhlükə qapını döyür

«Zirə» iki yol ayrıcında qaılb.

Sportinfo.az-ın məlumatına görə, klubun gələn «futbol ili» ilə bağlı planları cari mövsümün yekunundan asılıdır.

Əgər sezon yarımçıq dayandırılsa və avrokubok iştirakçıları Premyer Liqanın turnir cədvəlinin hazırkı sıralamasına əsasən müəyyənləşdirilsə, «qartallar» həmin siyahıdan kənarda qalacaq və bu… büdcə azalmasına səbəb olacaq.

Hər halda kollektivə belə bir xəbərdarlıq edilib. Bu qış transferlərə böyük miqdarda pul ayıran rəhbərlik əvvəlcədən nəzərdə tutulan büdcəni aşıb və belə demək mümkünsə, gələnilki vəsaitin üstündən də xərcləyib.

Bunun fəsadı isə gözləniləndən böyük ola bilər. Qeyri-müəyyənlik aradan qalxmasa, zirəlilər yüksək ödənişli futbolçuların demək olar hamısını yola salacaq. Legionerlərlə müqavilələr yenilənməyəcək, üstünlük ortabab yerli futbolçulara veriləcək,

Digər Xəbərlər
Xəbər Lenti