“Zirə”nin avrokuboklara getməsi bizdən asılı olacaq”

21 Dekabr 2019 22:40 Zirə 934
“Zirə”nin avrokuboklara getməsi bizdən asılı olacaq”

"Zirə" klubu daha bir yeni futbolçu ilə anlaşıb. Sportinfo.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"dən ayrılan gürcüstanlı hücumçu Davit Volkovla müqavilə bağlanılıb.

24 yaşlı gürcüstanlı forvard 1,5 illik sözləşməyə imza atıb. Volkov yeni klubunun rəsmi saytına açıqlamasında yaxşı əhval-ruhiyyədə olduğunu bildirib:

“Zirə”yə keçdiyimə görə şadam. Yanvardan etibarən yeni komandama uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, “Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik. Bu, bizdən asılı olacaq”.

Davit Volkov daha əvvəl ölkəsinin "Qaqra", "Dinamo"(Tbilisi), "Çixura", "Sioni", "Saburtalo", Serbiyanın "Zemun" klublarında çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu