Yeni mövsümə hazırlıqlarını davam etdirən "Zirə" və "Kəpəz" yoxlama oyununda üz-üzə gəliblər.
Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən görüş qəsəbə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə"də Vladislav Kulaç (penalti), Dimitrias Çantakias, "Kəpəz"də Junior Martins (penalti) qol vurublar.
Bu, "Zirə"nin yay fasiləsində ilk yoxlama oyunu olub. "Kəpəz" isə bundan əvvəl "Səbail"lə qüvəsini sınayıb və 1:2 hesabı ilə uduzub.

