“Zirə” “Neftçi” ilə matça itkilərlə çıxacaq.
"Qartallar” önəmli qarşılaşmada iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
“Şamaxı” ilə oyunda xəsarət alan Juinor Martinsin yaşıl meydanlara nə vaxt qayıdacağı qeyri-müəyyəndir. Hacıağa Hacılı isə zədədən sonra fərdi məşqlərlə kifayətlənir.
Əvəzində, İssa Cibrilanın kollektiv çalışmalara başlaması, İsmayıl İbrahimlinin tam gücü ilə məşq etməsi baş məşqçi Rəşad Sadıqovu sevindirir.
Sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” dueli saat 18:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ