Afrikalı “Zirə”də bir nəfərin adını çəkdi, şəninə tərif yağdırdı

21 İyul 2024 23:45 Zirə 1 423
Afrikalı “Zirə”də bir nəfərin adını çəkdi, şəninə tərif yağdırdı

“Zirə”nin heyətində çox yaxşı futbolçular var. Hər birinin öz mövqeyində etibarlı olduğunu deyə bilərəm”.

“Şerif”in yarımmüdafiəçisi Sedrik Badolo Sportinfo.az-a açıqlamasında “Dalğa Arena”da məğlub etdikləri rəqibin heyətindəki futbolçulardan söz açıb.

Burkino Faso millisinin şərəfini qoruyan “10 nömrə” zirəlilərin komanda şəklində xoş göründüklərinin fərqindədir. Buna baxmayaraq, bir nəfər var ki, onun da diqqətini çəkməyi bacarıb:

“Hücumameyilli futbolçu olduğum üçün daha çox müdafiəçilərlə üz-üzə gəlirdim. Etiraf edim ki, Ruan Renatonu çox bəyəndim.

O, həm fiziki cəhətdən güclü təsir bağışlayır, həm də birəbir mübarizələrdə keçilməzdir.

Ən böyük üstünlüyü isə müdafiə xəttini idarə etmək bacarığıdır. Arxa xətti daim nəzarətdə saxlayır, tapşırıqlarını verir. Ağıllı və güclü oyunçudur”.

“Zirə” cavab görüşündə penaltilər seriyasında “Şerif”ə uduzaraq Avropa Liqasında mübarizəni dayandırıb.

Təmsilçimiz Konfrans Liqasının ikinci təsnifat mərhələsində Slovakiya təmsilçisi “Dunayska Streda” ilə qarşılaşacaq.

İlk oyun avqustun 25-də Bakıda, cavab matçı avqustun 1-də səfərdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?