UEFA "Zirə" - "Şerif" matçını qazaxlara TAPŞIRDI

13 İyul 2024 16:20 Zirə 1 078
UEFA "Zirə" - "Şerif" matçını qazaxlara TAPŞIRDI

"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “Şerif”ə (Moldova) qarşı keçirəcəyi cavab oyununun hakim təyinatı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq görüşü qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.

İyulun 11-də Moldovada baş tutan ilk oyun Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”