COP29

“Qarabağ”da əziyyət çəkirdim, indi şükürlər olsun ki...”

23 May 20:40 Zirə 9 379
“Qarabağ”da əziyyət çəkirdim, indi şükürlər olsun ki...”

“Bəli, “Zirə”ylə müqaviləmin müddəti başa çatır.

“Qarabağ”la kubokun final qarşılaşmasından sonra bu suala aydınlıq gələcək”.

“Qarabağ”a məxsus olmasına baxmayaraq, cari mövsümü icarə əsasında zirəlilərin heyətində keçirən İsmayıl İbrahimli Sportinfo.az-a açıqlama verib.

26 yaşlı futbolçunun hazırkı komandasında özünü rahat hiss etdiyini deyə bilərik.

“Qarabağ”ın yarımmüdafiə xəttində Yassin Benzia, Marko Yankoviç, Julio Romao, Aleksey İsayev kimi adların olduğunu nəzərə alsaq, orada əsas heyətdə yer almaq, hətta oyun şansı qazanmaq belə çətindir. Rəşad Sadıqov isə ona mütəmadi şans verir.

Elə buna görə də İsmayıl “Zirə”dəki gələcəyini daha parlaq görür:

“Bu dəqiqə bütün fikirlərim “Zirə”ylə bağlıdır. Ən böyük istəyim avrokuboklar uğrunda mübarizədən qalib ayrılmaqdır.

“Qarabağ”da hər şey əla idi. Sadəcə, oyun təcrübəsinin azlığından əziyyət çəkirdim. İndi şükürlər olsun ki, oynayıram.

Ard-arda iki dəfə zədələndim, qış fasiləsində əməliyyat olundum. Son turlarda özümü daha yaxşı hiss edirəm.

Rəqabətə hazıram. Dediyiniz məsələyə mövsüm başa çatandan sonra aydınlıq gələcək ”.

İsmayıl cari mövsümdə Premyer Liqada 22-si əsas heyətdə olmaqla 29 matçda şans qazanıb, Azərbaycan kubokunda 2-si “11-lik”də olmaqla 4 oyunda forma geyinib. Bu görüşlərdə 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti